Alimləri beynin sevgi ilə əlaqəli sahəsini aşkar etdilər

Finlandiyanın Aalto Universitetinin alimləri beynin sevgi ilə əlaqəli sahəsini aşkar ediblər.
Sfera.az xəbər verir ki, "Cerebral Cortex" jurnalında dərc olunan araşdırma, müxtəlif sevgi növləri ilə əlaqəli beyin fəaliyyəti ilə bağlı bu günə qədər ən əhatəli məlumatları təqdim edib.
Tədqiqatda tədqiqatçılar 55 iştirakçının beyin fəaliyyətini ölçmək üçün funksional maqnit rezonans tomoqrafiyasından (fMRI) istifadə ediblər. Onlardan valideyn sevgisi, romantik sevgi, dostlara, yadlara, ev heyvanlarına və təbiətə sevgi də daxil olmaqla altı sevgi növü ilə bağlı müxtəlif ssenariləri təsəvvür etmələri istənilib.
Məlumatların təhlili göstərib ki, məhəbbət aktivləşdirmə nümunəsi sosial vəziyyətlərdə bazal qanqliyalarda, orta frontal sulkusda, prekuneusda (parietal lobun bir bölgəsi) və başın arxa tərəflərindəki temporoparietal ganglionda yaranır. Eyni zamanda, ən böyük beyin fəaliyyəti valideynlərin uşaqlara, xüsusən də striatum bölgəsinə olan sevgisindən qaynaqlanır.
Beyin fəaliyyəti təkcə sevgi obyektinin yaxınlığından deyil, həm də onun növündən asılı olub. Məsələn, təbiət sevgisi, şəxsiyyətlərarası sevgidən fərqli olaraq, sosial sahələri deyil, beynin vizual sahələrini aktivləşdirib. Həmçinin məlum olub ki, yad insanlara şəfqətli sevgi, yaxınlara olan sevgi ilə müqayisədə beynin daha az aktivləşməsinə səbəb olur.
İnci
Sfera.az