Aİ ölkələrinin nazirləri hansı məsələri müzakirə edəcəklər? - Masada olanlar...
Brüsseldə Avropa İttifaqının (Aİ) xarici işlər və müdafiə nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Avropa Xarici Əlaqələr Xidməti (ЕСВС) yayıb.
Qeyd esək ki, avqustun 29-da Brüsseldə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelin sədrliyi ilə xarici işlər nazirlərinin görüşü keçiriləcək.
İclas Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın iştirakı ilə Ukraynaya qarşı “Rusiyanın təcavüzü” və onun qlobal nəticələrinin müzakirəsi ilə başlayacaq.
Daha sonra Aİ xarici işlər nazirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Aİ-Türkiyə münasibətlərinin vəziyyəti, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Aİ xarici işlər nazirləri həmçinin Qəzzada gərginliyin artması və atəşkəs danışıqları fonunda Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.
Avqustun 30-da Ukrayna Müdafiə Nazirliyi cəbhə xəttində baş verən son hadisələrlə bağlı Avropa İttifaqının müdafiə nazirlərini məlumatlandıracaq.
Onlar həmçinin Ukraynaya hərbi dəstəyin göstərilməsi sahəsində əldə edilmiş irəliləyişi qiymətləndirəcəklər.
İnci
Sfera.az