Zaxarova: Qərb mahiyyətcə terrorun sponsorudur

Qərb Kiyevin Rusiyaya silahları ilə hücumlarından danışaraq, terrorizmin sponsoru kimi çıxış edir.
Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
Bununla yanaşı, Zaxarova əlavə edib ki, Qərb Rusiya ərazisinə zərbələr endirmək üçün hərəkətlərin koordinasiyasını həyasızcasına nümayiş etdirir.
"Bu, Kiyev rejimi timsalında terror təşkilatının yaradılması, sonra isə onun sponsorluğudur”, - deyə diplomat brifinqdə qeyd edib.
Rusiyalı diplomatın sözlərinə görə, Avropa diplomatiyasının rəhbəri Cozef Borrell və Pentaqon nümayəndəsi Sabrina Sinx tərəfindən Ukraynanın Qərb silahlarından Kursk bölgəsinə hücum etmək ehtimalı ilə bağlı bütün bəyanatlar Kiyev rejiminə haqq qazandırmaq və cinayətə təşviq etməkdir. Mariya Zaxarova xatırladıb ki, terrorizmə sponsorluq Qərb ölkələrinin qanunvericiliyində ən ağır cinayətlərdən biri kimi qeyd olunub. Həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib ki, xarici muzdlular Kursk vilayətinə hücumda fəal iştirak edirlər.
İnci
Sfera.az