İslandiyada buz mağarası çöküb - Ölən və yaralananlar var


İslandiyada buz mağarası çöküb - Ölən və yaralananlar var

İslandiyadakı buz mağaraları məşhur turizm məkanıdır. Tur operatorları müştərilərə buzlaqların içini kəşf etmək, mavi rəng və çarpıcı naxışlar görmək imkanı təklif edir.


Sfera.az bildirir ki, İslandiyada Breidamerkurjokull buzlağında buz mağarasının çökməsi nəticəsində bir amerikalı turist ölüb, bir nəfər isə yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.


Belə ki, avqustun 25-də genişmiqyaslı xilasetmə əməliyyatı başlayıb. 200-dən çox xilasedici buz dağıntıları arasında işləyir. Faciə nəticəsində bir nəfər ölüb, yaralı qadın helikopterlə Reykyavikdəki xəstəxanaya aparılıb. Hər iki qurban Amerika vətəndaşıdır.
 

Dünən axşam turistlərdən biri yerli mediaya hadisə zamanı yüksək səs eşitdiyini bildirib. Lakin o, yalnız evə qayıtdıqdan və buz mağarasının çökdüyünü öyrəndikdən sonra fəlakətə nə qədər yaxın olduğunu anlayıb.

Polis əvvəlcə daha çox insanın itkin düşməsindən ehtiyat edib, çünki həmin vaxt ekskursiyada 25 nəfərin olduğu güman edilirdi. Sonradan məlum olub ki, içəridə cəmi 23 nəfər olub. Hadisə yerində olan polis dispetçerinin bildirdiyinə görə, insanların üzərinə düşdüyü güman edilən bütün buzlar götürülüb.
Çökmə zamanı heç kim dağıntılar altında qalmayıb.

 

İslandiya Dağ Bələdçiləri Assosiasiyası isə tam təhqiqat aparılmasını, həmçinin buz mağaralarını ziyarət etmək üçün daha sərt qaydalar qoyulmasını tələb edib. İslandiya Dağ Bələdçiləri Assosiasiyası əməkdaşı İris Ragnarsdottir Pedersen bu ilin əvvəlində bütün il boyu səfərin praktiki olmadığını bildirib.


"İndiyədək insanlar müştərilərini yayda buzlaqda çay və dərələrin əmələ gətirdiyi təbii buz mağaralarına aparırdılar. Ona görə də qışda, soyuqlar düşəndə ​​və buzlaqda su az olanda onları gəzmək olar. Bu qış meydana çıxan təbii mağara çox böyük və kifayət qədər qaranlıq idi. Sonra bəzi şirkətlər tez bir zamanda avadanlıq və dizel generatorları alaraq, süni bir mağara yaratmaq üçün buzlaqdan bir yol qazmağa başladılar Bizim peşəkar təşkilatımız isə Breidamerkurjökull üzərində süni mağaraların yaradılmasından narahatdır”

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və İranın beyin mərkəzləri memorandum imzaladı

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imz...

Varlanacaq 4 bürc - Pul sel kimi gələcək

Bu həftə ulduzlar onlar üçün yeni peşəkar üfüqlər açacaq bürcün dörd əlamətinə üstünlük verirlər.    Sfera.az-ın məlumatına görə, bu, təşəbbüsü ...

Azərbaycanın qonşuluq siyasəti - Normallaşma prosesi məqsədinə çatır

Cənubi Qafqazın əsas aktorlarından biri olan Azərbaycan geosiyasi baxımdan strateji bölgədə yerləşir. Beş ölkə ilə quru sərhədi olan Azərbaycan üçün qonşuluq mü...

Bakıda tikiləcək 10 yeni metro stansiyası ilə bağlı DETALLAR - VİDEO

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdiriməsi prosesi tamamlanmaq üzrədir.   Sfera.az  Xəzər TV-yə istinadən&nbs...

Beyninə virus düşən məktəbli vəfat etdi - FOTO

Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanalardan birində vəfat edib.   Sfera.az “qafqazin...

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

Mayın 5-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abş...