Zelenski: Çinin təklifləri plan deyil, siyasi bəyanatdır
Ukrayna Prezidenti Volodimir Zelenski Çinin 2023-cü ildə təklif etdiyi sülh planını tənqid edib.
Sfera.az xəbər verir ki, siyasətçi ilə müsahibəni Braziliyanın O Globo qəzeti dərc edib.
Zelenski bildirib ki, Hindistanın baş naziri Narendra Modinin Kiyevə son səfəri zamanı ondan Çinin münaqişənin həlli planına verdiyi qiymət barədə soruşub. Ukrayna prezidenti cavabında bildirib ki, “bu, plan deyil, sadəcə olaraq, kağız üzərində mövcud olan siyasi bəyanatdır”.
"Mən başa düşürəm, yalnız konkret və dürüst təkliflərdir", - Zelenski deyib.
Xatırladaq ki, 24 fevral 2023-cü ildə Çin 12 bənddən ibarət sülh planını təqdim edib. Sənəddə atəşkəs, həmçinin Rusiya və Ukrayna tərəfləri arasında dialoqun tezliklə bərpası çağırışları yer alır. Lakin Çin konsepsiyası Moskva və Kiyev üçün təhlükəsizlik təminatlarına və ərazi mübahisələrinin həlli variantlarına təsir etməyib.
İnci
Sfera.az