Durovun sevgilisi ilə bağlı YENİ XƏBƏR -Fransızlar ona qarşı...
Fransada saxlanılan "Telegram"ın yaradıcısı Pavel Durovun sevgilisi Yuliya Vavilova məhkəmə prosesi zamanı Parisdə qalıb.
Sfera.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı yazır.
Qeyd olunur ki, Vavilova yalnız Rusiya vətəndaşlığına malikdir, ona görə də fransızlar onu heç bir ittiham olmadan ölkədə saxlaya bilməzlər. O və Durovun mühafizəçisi şahid qismində çıxış edirlər. Onlar artıq dindirilib və sərbəst buraxılıblar. Eyni zamanda onların telefonu da müayinə üçün müvəqqəti götürülüb.
Bundan sonra Vavilova Fransa məhkəməsinə çağırıla bilər və orada "Telegram"ın təsisçisinin müdafiəsi üçün çıxış edə bilər. Eyni zamanda, belə hallarda iştirak yalnız Fransa vətəndaşları üçün məcburidir. O, Fransa ərazisini problemsiz tərk edə bilər.
Xatırladaq ki, P.Durov avqustun 24-də axşam Fransanın "Le Burje" hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar Parisə Azərbaycandan gəlib.
Fransa polisi "Reuters" agentliyinə bildirib ki, iş adamı "Telegram"da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur. Onlar əlavə ediblər ki, Durov milli kibercinayətkarlıq və dələduzluq idarələri tərəfindən araşdırılır.
Prokurorluq vurğulayıb ki, Durov 12 cinayətdə ittiham olunan “adı açıqlanmayan şəxs”lə bağlı aparılan istintaq çərçivəsində dindirilir. İş iyulun 8-də açılıb.
Bundan əvvəl Pavel Durovun Nobel mükafatına namizədliyi irəli sürülüb.(Publika.az)