“Siyasi qərar deyil”: Makron ilk dəfə Durovun Fransada həbsinə reaksiya verdi


“Siyasi qərar deyil”: Makron ilk dəfə Durovun Fransada həbsinə reaksiya verdi

“Telegram”ın yaradıcısı Pavel Durovun həbsindən bir neçə gün sonra Fransa prezidenti Emmanuel Makron hadisəyə münasibət bildirib. O, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.


Sfera.az bildirir ki, Fransa prezidentinin sözlərinə görə, Paris söz azadlığını, innovasiyanı və sahibkarlığı yüksək qiymətləndirir, lakin bu, qanun çərçivəsində baş verməlidir. Makron bildirib ki, bu normalar həmişə tətbiq olunacaq.


Onun sözlərinə görə, Rusiya əsilli iş adamı Pavel Durovun səs-küylü həbsindən sonra Fransa haqqında həqiqətə uyğun olmayan məlumatlarla üzləşib.

 

"Hüquqi dövlətdə vətəndaşların müdafiəsi və onların fundamental hüquqlarına hörmət edilməsi məqsədilə həm sosial şəbəkələrdə, həm də real həyatda azadlıqlar qanun çərçivəsində təmin edilir. Qanunun icrası dövlət orqanlarına - tam müstəqil olan məhkəmə sisteminə həvalə olunur” - Emmanuel Makron yazıb.


Fransa prezidenti əlavə edib ki, Fransada “Telegram” rəhbərinin həbsi davam edən məhkəmə istintaqı çərçivəsində baş verib. Emmanuel Makron bunda heç bir tələ axtarmamağa çağırıb.
 

 

"Bu, heç bir halda siyasi qərar deyil, hakimlər bu məsələ ilə bağlı qərar qəbul etməlidirlər" - deyə Fransa dövlət başçısı yekunlaşdırıb.
 

Xatırladaq ki, Pavel Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında həbs edilib. Durov axtarışda olduğunu bilirdi. Onun Fransaya gəlişinin səbəbləri dəqiq məlum deyil.

 

Xanm

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Gəncədə avtomobil tibb işçisini vuraraq öldürüb

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.   Sfera.az-ın məlumatına görə, şəhər ərazisində xəstəxanaların birində tibb bacısı iş...

Nazirlərin dəyirmi masası keçiriləcək

Noyabrın 20-də Bakıda COP29 çərçivəsində “Yaşıl şəhər nəqliyyatı” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.   Sfera.az xəbər veri...

Ərdoğan: Türkiyənin Aİ-yə üzvlüyünü əngəlləmək üçün heç bir ağlabatan səbəb yoxdur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdə keçirilən siyasi ictimaiyyətin sammiti çərçivəsində bildirib ki, Türkiyənin uzun illərdir ki, Avropa Birliyin...

İlham Əliyev 8 Noyabr Zəfər Günü ilə bağlı paylaşım etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkədə rəsmi hesablarında paylaşım edib.   Sfera...

“Qarabağ” “Bodo Qlimt”ə qarşı- Start heyətlər

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində IV tur matçına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam klubu ...

Zelenski Qərbdə dondurulmuş Rusiya aktivlərini Ukrayna pulu hesab edir - AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenski dondurulmuş Rusiya aktivlərini “Ukrayna pulu” adlandırıb.   Sfera.az xəbər verir ki, bu barədə o, Tel...