İqlim dəyişikliyi Yaxın Şərqi yaşayış üçün əlverişsiz edəcək – Xəbərdarlıq
İyulun ortalarında Dubayda istilik indeksi 62 dərəcə Selsi olub. İyunun sonunda Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Məscidül-həramda +51,6° temperatur qeydə alınıb. Bu istilər Həcc mövsümünə təsadüf edirdi. Bunun nəticəsində 1300-dən çox insan həyatını itirib. Misirdə isə may ayından bəri temperatur nadir hallarda +37°-dən aşağı düşüb.
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, bu mövsümün davamlı istiləri insanların 6 saat ərzində soyuya bilmədiyi “yaş temperaturu” keçib. Bu vəziyyət istiliklə əlaqəli xəstəliklərə və ölümə səbəb olur.
Dünya Bankı hesab edir ki, su qıtlığı 2050-ci ilə qədər regionun ÜDM-ni 14%-ə qədər azaldacaq. UNICEF-in 2021-ci il hesabatında deyilir ki, Misir 2025-ci ilə qədər susuz qala bilər və bu, Nil çayını xüsusi təzyiq altında qoyur.
İnsanlar daha aşağı temperatur və daha çox su olan yerlərə köçürlər. Dünya Bankının məlumatına görə, 2050-ci ilə qədər Şimali Afrikadakı iqlim böhranı səbəbindən 19 milyona qədər insan - yerli əhalinin təxminən 9%-i məcburi köçkün olacaq. Bu insanların gedəcəyi yer Avropa olacaq.
2024-cü il rekordlar başlayandan bəri ən isti il olaraq 2023-cü ili keçə bilər. İqlim dəyişikliyi və El Nino bu il temperaturun rekord həddə çatmasına səbəb olub.
Elm adamları, 2024-cü ilin 2023-cü ili üstələməsi ehtimalının təxminən 95% olduğunu təxmin edir. Bildirilir ki, bu il 800-cü illərin ortalarında qlobal səth temperaturu qeydlərinin başlanmasından bəri ən isti ildir.