Fermerlər çatdıra bilmirlər: TikTokerin reseptinə görə marketlərdə bütün xiyarlar satılıb
İslandiyada supermarketlər görünməmiş vəziyyətlə üzləşiblər. Bütün xiyarlar satılıb qurtarıb.
Sfera.az bildirir ki, bütün bunlar adi bir xiyar salatı reseti paylaşan kanadalı bloggerə görə olub.
Onun resepti hit olub və məşhur İslandiya bloqçuları tərəfindən bəyənilərək, paylaşılıb. Bu da öz növbəsində əsas tərkib hissəsi olan xiyar üçün görünməmiş tələbat yaradıb. Tədarükçülər marketlərə xiyar çatdırmaq üçün mübarizə aparmağa başlayıb, mağazalarda qıtlıq yaranıb.
Xiyar çılğınlığına səbəb rəndələnmiş xiyar, küncüt yağı, sarımsaq, düyü sirkəsi və çili yağı ilə hazırlanmış salat reseptidir.
Resept əsl hitə çevrilib. İslandiya fermerləri sürətli tələbatın öhdəsindən gələ bilmirlər. Bir supermarket şəbəkəsi tələb və “TikTok” trendi arasındakı əlaqəni şübhə altına almasına baxmayaraq, xiyar alışının iki dəfədən çox artdığını etiraf edib.
Marketinq direktoru İslandiya fermerlərinin hazırda tələbi qarşılaya bilmədiklərini, lakin tədarükün təxminən bir həftə ərzində normallaşacağına ümid etdiyini bildirib.
Hər şey “TikTok”da xiyar reseptlərinə görə “xiyar adamı” kimi tanınan kanadalı Loqan Moffittlə başlayıb. Onun 5,5 milyondan çox izləyicisi var. O, iyul ayından etibarən demək olar ki, hər gün xiyar reseptlərini paylaşır.
İslandiyalıları valeh edən reseptdə Loqan küncüt yağı, düyü sirkəsi, bəzən krem pendir, avokado və hətta hisə verilmiş qızılbalıqdan istifadə edir.
Aysel
Sfera.az