Qadın butikdə təkəbbürlü satıcılara dərs verdi
Çində sosial şəbəkələrdə böyük səs küyə səbəb olan hadisə baş verib.
Sfera.az bildirir ki, Çində “Louis Vuitton” butikində bir qadın satış köməkçisindən varlı bir müştərinin qisasını alıb.
Belə ki, Xiaohongshu sosial şəbəkəsində bir qız qeyri-adi təcrübəsini və qisas planını paylaşıb.
Bunu "ilin ən dəhşətli hadisəsi" olaraq xarakterizə edən “Louis Vuitton” mağazasında çalışanlar tərəfindən laqeyd münasibət görən qadın, qisas almaq üçün iki ay sonra mağazaya 600.000 yuan (84.000 dollar) nağd pulla qayıdıb.
Qadın əlində “Hermes” əl çantası ilə “LV” mağazasına paltar almaq üçün gəldiyini və işçilərin ona qarşı təkəbbür göstərdiyini bildirib.
Onun içməli su tələbinə məhəl qoymayıblar və ona yeni gələn kolleksiya əvəzinə, sadəcə köhnə mövsümi paltarları göstəriblər.
Hətta paltarları göstərmələrini xahiş edəndə satıcılar göz süzdürərək, bezdiklərini hiss elətdiriblər.
Alıcının dediyinə görə, mağazadan çıxandan sonra lüks brendin baş ofisinə zəng vursa da, ona məhəl qoyulmayıb.
Qadın iki aylıq inciklikdən sonra içində 80 min dollar olan böyük çantanı götürərək həmin mağazaya gedib. Onu şəxsi köməkçisi və dostu müşayiət edib.
Satıcıya onları alacaqlarını söyləməzdən əvvəl paltarları əyinlərinə sınayıblar. Qadın daha sonra satıcılara ödəniş üçün böyük bir kisə əskinas verib.
Satıcılar iki saat pulu saydıqdan sonra qadın onlara: "İndi almaq istəmirik, gedirik" - deyib.
"Onlar saymağı bitirdikdən sonra mən sadəcə pulumu götürüb getdim"-deyə yazıb.
Qadının hekayəsi hər yerdə paylaşıldıqdan sonra internet istifadəçiləri tərəfindən çoxlu rəğbətlə qarşılanıb.
"Bu, ləzzətli bir sondur. Mən həmişə bu satıcıların niyə belə təkəbbürlü olduqlarını düşünmüşəm" - deyə rəy yazanlardan əksəriyyəti bildirib.
"Onlar lüks mal satırlar, lakin bu, özlərinin də lüks olduqları anlamına gəlmir”.
Aynil
Sfera.az