Lopez və Afflekin boşanmalarının rəsmi səbəbi AÇIQLANDI


Lopez və Afflekin boşanmalarının rəsmi səbəbi AÇIQLANDI

Amerikalı müğənni Cennifer Lopez və aktyor Ben Afflekin boşanmalarının rəsmi səbəbi məlum olub.


Sfera.az bildirir ki, ulduz açıqlamasını klassik barışılmaz fərqlər səbəbilə məhdudlaşdırıb.


Açıqlamasında, Lopez həyat yoldaşından heç bir təzminat tələb etmədiyini qeyd edib. Öz növbəsində aktyora da təzminat ödəmək niyyəti yoxdur.


Sərvət və borclarını isə Affleklə bölüşməyi planlaşdırır. Lakin onların birgə mülkiyyətinin dəqiq həcmi hələlik məlum deyil. Bu, növbəti mərhələlərdə müəyyən olunacaq.


Bundan əlavə, 2022-ci ildə sevgilisinin soyadını götürən müğənni indi ondan qurtulmaq istəyir. Müğənni 26 aprel 2024-cü ili aktyorla faktiki ayrılma tarixi kimi göstərib.
 

JLo-ya yaxın bir mənbə dostlarının onun xaotik eşq həyatından bezdiyini bildirib.


"Dörd uğursuz evlilikdən sonra dostları onun başqalarının necə olmasını istəməsindən daha çox daxilinə baxmalı və diqqətini özünə cəmləməli olduğunu düşünür. Bir sözlə Ceniffer kim olduğunu və gələcəyi üçün nə istədiyini anlamalı olduğunu düşünür"-deyə mənbə bildirib.


Xatırladaq ki, Cennifer Lopez 20 avqust 2024-cü ildə - toy mərasimlərinin ikinci ildönümündə Afflekdən boşanmaq üçün məhkəməyə müraciət edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR