Evinin balkonundan Paşinyana alma atan 71 yaşlı kişi tutuldu

Evinin balkonundan Paşinyana alma atan 71 yaşlı kişi tutuldu
Kateqoriya məlum deyil
T

İrəvanda 71 yaşlı kişi evinin balkonundan Ermənistanın Baş nazir Nikol Paşinyana alma atıb.

 

Sfera.az xəbər verir ki, Paşinyan velosipedlə Sevan şəhərinə hərəkət edən zaman İrəvanın Kanaker-Zeytun rayonunun sakinlərindən biri 9-cu mərtəbədə yerləşən evinin balkonundan ona alma tullayıb.

 

Almanın Paşinyana dəyib-dəymədiyi bilinməsə də, əməli törədən 71 yaşlı sakinin kimliyi müəyyən edilib və o, saxlanılıb.

 

İstintaq Komitəsi faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi qaldırıb.

 

Araşdırma gedir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR