Rusiya və Ukrayna əsir götürülmüş hərbçiləri DƏYİŞDİLƏR

Kateqoriya məlum deyil
T
Rusiya Ukraynanın Kursk istiqamətində əsir götürdüyü 115 hərbçini geri qaytarıb.
Sfera.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Avqustun 24-də danışıqlar prosesi nəticəsində Kursk vilayətində əsir götürülmüş 115 hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində 115 ukraynalı hərbçi təhvil verilib", - nazirlikdən bildirilib.
Nazirlik əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri Rusiya hərbçilərinin əsirlikdən geri qaytarılması zamanı humanitar xarakterli vasitəçi fəaliyyəti göstərib.
Firuzə Əliyeva






