Türkiyəli nazir TBMM-dəki davadan danışdı: "Bizə yaraşmır"
Dünya
13:23 / 24.08.2024
7764
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxan davaya münasibət bildirib.
Sfera.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Əlbəttə, bu hadisə hamımızı narahat etdi. Belə hadisələrə yol verməmək lazımdır. Belə hadisələr bizim parlamentə yaraşmır”,- o söyləyib.
Qeyd edək ki, avqustun 16-da TBMM-də dava düşüb. TBMM-də Can Atalayın deputatlığının ləğv edilməsi müzakirə edilən zaman Türkiyə İşçi Partiyasından olan deputat Ahmet Şık AKP üzvlərini təhqir edib.
Bundan sonra TBMM-də gərginlik artıb və deputatlar yumruq davasına çıxıblar