Cennifer Lopez boşanmaq üçün ərizə verdi

Cennifer Lopez boşanmaq üçün ərizə verdi
Kateqoriya məlum deyil
T

Ben Afflek və Cennifer Lopezin evliliyində problemlər barədə bir neçə aydır şayiələr yayılıb. Müğənni ötən gün boşanma ərizəsi verməklə bütün şaiyələrə rəsmi olaraq son qoyub.

Sfera.az bildirir ki, ilk ayrılıqdan 17 il sonra yenidən bir araya gələn ulduz cütlük bu dəfə rəsmi boşanır.

Cennifer Lopez və Afflek 2022-ci ildə evləniblər. Lopezə yaxın mənbələrin bildirdiyinə görə, boşanma sənədləri bir neçə ay əvvəl hazır olub.
Mənbələrə görə, J. Lo Ali Məhkəməyə boşanma sənədləri təqdim edərkən, ayrılıq tarixini 26 aprel 2024-cü il kimi göstərib. O, həyat yoldaşından heç bir dəstək də istəməyib.
 

Cütlüyə yaxın mənbələr iddia edir ki, Cennifer Benin mübahisəli pul məsələləri fonunda boşanmaq üçün müraciət edib. Cütlük bir neçə ay əmlak bölgüsü məsələsini həll etməyə çalışıb. İş o yerə çatıb ki, həyat yoldaşları həftələrlə danışa bilməyiblər, vasitəçilər vasitəsilə əlaqə saxlayıblar.

Lopez və Afflek Beverli Hillsdəki 60 milyon dollara aldıqları malikanəni cəmi bir il sonra 68 milyon dollara satışa çıxarıblar. Əvvəlcə sakitcə evi satmağa çalışsalar da, alıcı çıxmadığına görə ev daşınmaz əmlak agentliyinin saytına qoyulub.
 

İyul ayında Cenniferin 55-ci ad günündən bir neçə gün sonra Benin yeni ev almaq qərarı Lopezə böyük zərbə olub və bu münasibətlərinə tamamilə son nöqtəni qoyub.
 

Cütlüyün evliliyi iki ildən az davam edib.

 

 

Onlar arasında nikahdan əvvəl heç bir müqavilə imzalanmayıb. Bu sənəd olmadan, Cennifer və Benin son iki ildəki şəxsi gəlirləri (istər film layihələrindən, istərsə də böyük brend sövdələşmələrindən) həyat yoldaşlarının ortaq mülkiyyətidir. Sərvətinin 400 milyon dollar olduğu bildirilən Lopez, iki ildən az bir müddətdə evliliyi ərəfəsində dörd film, “Delola” kokteylləri seriyasını buraxıb. O son albomu “This Is Me”yə dəstək olaraq dünya turnesinə çıxmağa hazırlaşırdı.


Lakin tur başlamazdan bir neçə həftə əvvəl ləğv edilib.

Xalis gəliri 150 milyon dollar olan Afflek “Hava: Böyük Sıçrayış” (2023) və “Hipnotik” (2023) filmlərində rol alıb. O, həmçinin bu yaxınlarda 2016-cı ildə çəkilmiş “Auditor” filminin davamının çəkilişlərini başa çatdırıb.
 

Cütlük qarşıdan gələn “Unstoppable” filmində də birlikdə çalışıb. Afflek Mett Deymonla layihənin prodüserliyini edərkən, Lopez filmin baş ulduzlarından biridir.
 

Qeyd edək ki, məşhurların ayrılması ilə bağlı söz-söhbətlər aprelin sonlarında Cenniferin “Amazon Prime”, “The Greatest Love Story Never Told” adlı sənədli filminin fevral ayında yayımlanmasından sonra başlayıb. O, Ben ilə münasibətlərinin intim təfərrüatlarını, o cümlədən Cennifer Qarnerlə evliliyi boyunca müğənnidən sevgi məktublarını necə saxladığını açıqlayıb.

Boston əsilli aktyor Afflekin isə qapalı olduğu bilinir. Cenniferin diqqət mərkəzində olmağı sevməsinin cütlük arasında gərginlik yaratdığına dair şayiələr dolaşır.
 

O vaxtdan bəri Ben tez-tez keçmiş həyat yoldaşı və uşaqlarının yanında görünür, Cennifer isə getdikcə daha çox tək görünür. Bu, Cenniferin dördüncü, Afflekin isə ikinci boşanması olacaq.


Aynil
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR