“Köpək balıqları ilə suda 20 saat": Kruiz gəmisindən yıxılan adam tapılıb


“Köpək balıqları ilə suda 20 saat": Kruiz gəmisindən yıxılan adam tapılıb

İtkin düşən gəmi sərnişini tapılıb. 28 yaşlı Ceyms Maykl Qrayms Nyu Orleandan Meksikaya gedərkən “Carnival Valor” kruiz gəmisindən yıxılıb.
 

Sfera.az xəbər verir ki, oğlanı tapmaq üçün 20 saat axtarış aparılıb.


Ceymsin ailəsi onun kabinəsində yatdığını düşünərkən, o, yırtıcıları dəf edərək, bambukdan tutaraq həyatı üçün mübarizə aparmaqla məşğul olub. Zərərçəkmiş gəmidən düşməzdən əvvəl bacısına tualetə getdiyini deyib. Lakin o, tərəfi necə çevirdiyini dəqiq xatırlamır.
 

Ceyms həmin gün bir neçə şüşə içki içsə də, sərxoş olmadığını təkid edib.

"Sadəcə əylənirdik, canlı musiqi dinləyirdik, bu qədər. Özümə gələndə artıq suda idim. Gəmini görmədim. Görünür, o an Allah mənimlə idi” - deyə o bildirib.
 

Sahil Mühafizəsi onu tapmaq üçün yollar axtararkən 20 saat vaxt keçib. Bir anda oğlan tanker görüb və son gücü ilə ona doğru üzmək qərarına gəlib. Xoşbəxtlikdən gəmidəki ekipaj suda onu görüb və xilasediciləri çağırıb. Zərərçəkmiş helikopterlə xəstəxanaya çatdırılıb.



 

"Yıxılmaqdan ölmədim, dəniz canlıları məni yemədi, demək ki, mənim qismətim ordan çıxmaq idi. Mən mütləq başqa bir kruiz səyahətinə getməkdən şad olardım"-deyə Qrayms əlavə edib.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR