Türkiyədə yanğınlar: 7 nəfər saxlanıldı


Türkiyədə yanğınlar: <span style="color:#ff0000">7 nəfər saxlanıldı</span>
Kateqoriya məlum deyil17.08.24, 17:4021141 👁️
T

Türkiyə polisi respublikanın qərbində və şimal-qərbində meşə yanğınlarının törədilməsində şübhəli bilinən 7 nəfəri saxlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerliqaya məlumat verib.

 

Bildirilib ki, onlardan dördü cümə günü axşam saatlarında yanğının 4 milyonluq şəhərin, Karşıyaka ətrafı da daxil olmaqla, yaşayış məntəqələrinə çatdığı İzmir vilayətində nəzarətə alınıb.

 

Türkiyə hakimiyyət orqanlarının məlumatına görə, hazırda beş vilayətdə - İzmir, Aydın, Muğla, Manisa və Boluda meşə yanğınları söndürülür. Əməliyyatda 42 helikopter və 11 təyyarə, 366 quru qüvvəsi, Rusiyanın Be-200 amfibiya təyyarəsi iştirak edir.

 

Azərbaycan da Be-200 təyyarəsini göndərib.

PAYLAŞ
Sehliyali
Yüklənir...