ABŞ Məxfi Xidməti Trampın təhlükəsizliyini gücləndirdi

ABŞ Məxfi Xidməti Trampın təhlükəsizliyini gücləndirdi

ABŞ Məxfi Xidməti prezidentliyə namizəd Donald Trampın təhlükəsizliyini gücləndirib. 

 

Sfera.az bildirir ki, bu barədə “The New York Times” nəşri yazıb. Məlumata görə, buna səbəb iyul ayında Pensilvaniyada mitinq zamanı Trampa qarşı edilən sui-qəsd cəhdi olub.

 

Nəşr bildirib ki, hazırkı dövlət başçısı Co Baydeni müdafiə edənlərin bir hissəsi Trampa ötürülüb: “Məxfi Xidmət keçmiş prezident Donald Trampın təhlükəsizliyini müxtəlif yollarla gücləndirdi. O cümlədən prezident Baydenin təhlükəsizlik komandasının bir hissəsi müvəqqəti olaraq Ağ Evin sabiq rəhbərinə verildi”.

 

Gizli Xidmət nümayəndəsi nəşrə bildirib ki, bu hal “qeyri-adi” vəziyyət hesab edilir. Onun sözlərinə görə, bu, məcburi addım olub.

 

“Trampın təhlükəsizliyinə təhlükənin artması və Baydenin səfər cədvəlinin azalması ABŞ Təhlükəsizlik Xidmətinə ölkənin hazırkı liderinin komandası hesabına prezidentliyə namizədin müdafiəsini gücləndirməyə imkan verib”, - nəşr əlavə edib.

 

Günay 


OXŞAR XƏBƏRLƏR