ABŞ bu ölkəyə 5 milyard dollarlıq “Patriot” SATACAQ

ABŞ bu ölkəyə 5 milyard dollarlıq “Patriot” SATACAQ

ABŞ administrasiyası Almaniyaya ümumi dəyəri 5 milyard dollar olan 600 ədəd “Patriot” raketi və avadanlığı satacaq. 


Sfera.az xəbər verir ki, Pentaqonun Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyinin (DSCA) Konqresə verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti Almaniyaya yeni silah satışını təsdiqləyib. Açıqlamaya əsasən, Almaniyaya ümumi dəyəri 5 milyard dollar olan 600 ədəd “Patriot” raketi və ona aid avadanlıq alacaq. Bu tədarüklə Almaniyanın Ukraynaya külli miqdarda silah bağışladıqdan sonra azalan ehtiyatlarını dolduracağı gözlənilir.

 

Açıqlamada sözügedən satışın Avropada təhlükəsizlik və sabitliyin davam etdirilməsinə əhəmiyyətli töhfə verəcəyinə diqqət çəkilib. Almaniya ABŞ-dən sonra Kiyevə ən çox hərbi dəstək verən ölkə kimi tanınır. 


Vasif


OXŞAR XƏBƏRLƏR