Kanada Ukraynaya verdiyi silahlardan Rusiya ərazisində istifadəyə İCAZƏ VERDİ

Kanada Ukraynaya verdiyi silahlardan Rusiya ərazisində istifadəyə İCAZƏ VERDİ
Kateqoriya məlum deyil
T

Ukrayna göndərdiyimiz silah-sursat və hərbi texnikadan Rusiya ərazisində istifadə edə bilər.

 

Sfera.az-ın “CBC News”a istinadən xəbərinə görə, bu barədə Kanadanın Müdafiə Nazirliyi açıqlama yayıb.

 

Bildirilib ki, rəsmi Kiyevə bununla bağlı məhdudiyyət qoyulmayıb.

 

Nazirliyin açıqlamasında Ukrayna hökumətinə 8 ədəd “Leopard 2A4” tankı, onlarla zirehli maşın, yüzlərlə zirehli patrul avtomobili və bir neçə ədəd “M-777” artilleriya qurğusu göndərildiyi bildirilib.

 

Bununla belə Kanada tərəfindən verilən hərbi yardımın indiyədək Rusiyada istifadə olunub-olunmadığı açıqlanmayıb.

 

Qeyd edək ki, 2022-ci ildən bu yana adı çəkilən ölkə Ukraynaya 4.5 milyard dollarlıq hərbi yardım edib.(APA)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR