Xərçəngə səbəb olan pudralar və göz kölgələri iddiaları: “Avon” özünü müflis elan etdi
Amerikanın “Avon” kosmetika brendi şirkəti Delaver əyalətinin iflas məhkəməsinə müraciət edib. Dərc olunmuş press-relizdən bunu görmək mümkün olur.
Sfera.az xəbər verir ki, müflisləşmə yolu ilə şirkət borclarından xilas olmaq istəyir. İndiyə qədər şirkətə qarşı yüzdən çox iddia qaldırılsa da, “Avon” istifadə etdikləri inqrediyentlərin zərərli olduğunu inkar edir.
Avon iflas etdi?
İflas sayəsində “Avon Products@ ödənilməmiş borclarla bağlı problemlərini həll etməyi gözləyir. “Avon”un ABŞ-dan kənar filiallarının heç birinin isə bu işə aidiyyatı yoxdur.
Qeyd edək ki, Şirkət 2016-cı ildən bəri Şimali Amerikada fəaliyyətini dayandırıb. O vaxtdan bəri ABŞ-da məhsullarını satmır. Lakin 2020-ci ildə onu Braziliyanın “Natura & Co” şirkəti alıb.
“Natura & Co” indi tenderdə qalib gələrsə, “Avon”u kredit təklifində 125 milyon dollara almağı təklif edir. Şirkət həmçinin iflasın maliyyələşdirilməsi üçün 43 milyon dollar ayırıb.
“The Telegraph” nəşri qeyd edib ki, iflas ərizəsi iddialarla bağlı məhkəmə çəkişmələri fonunda baş verir. “Avon”a qarşı 100-dən çox müvafiq iddia qaldırılıb.
Brend üz pudralarında və göz kölgələrində talkdan (xərçəng əmələ gətirən maddə) istifadə edir. İddiaçılar inqrediyentin asbestlə çirklənməsi səbəbindən xərçəng riskini artırdığını iddia edirlər.
“Avon” ittihamlara cavab olaraq yalnız kosmetik talkdan istifadə etdiklərini təkid edib. Bildirilib ki, məhsulların tərkibində asbestin olmadığını təsdiqləmək üçün sınaqdan keçirilir.
Söhbət brendin holdinq şirkətindən getdiyi üçün “Avon”un beynəlxalq əməliyyatları iflasdan təsirlənməyəcək. Media əlavə edib ki, uşaq pudrasındakı talka görə minlərlə məhkəmə işi ilə üzləşən “Johnson & Johnson” da iflas elan etməyi düşünür.
Xanım
Sfera.az