Məşhur ekstrasensin canlı yayımda verdiyi proqnoz düz çıxdı - FOTO

Məşhur ekstrasensin canlı yayımda verdiyi proqnoz düz çıxdı - FOTO
Kateqoriya məlum deyil
T

Braziliyalı özünü məşhur ekstrasens adlandıran Chaline Grazic ötən cümə axşamı, avqustun 8-də “İnstagram”da canlı yayım zamanı təyyarə qəzası ilə bağlı xəbərdarlıq edib.


Sfera.az bildirir ki, onun proqnozu cəmi bir gün sonra doğru çıxıb. 9 avqust Sao Paulo yaxınlığında faciəvi təyyarə qəzası baş verib, 62 nəfər həyatını itirib.


Qeyd edək ki, Chaline Grazikin “İnstaqram”da 15 milyon izləyicisi var.


"Əgər siz Sao Paulo, Rio de Janeyro, Curitiba və ya Rio Grande do Suldansınızsa, dua etməyə başlayın. Mən göyərtəsində çoxlu insan olan bir təyyarənin qəzaya uğradığını görürəm. Bu görüntü gəlir gözümün önünə. Bu, o deməkdir ki, Allah mənim vasitəmlə göstərmək istəyir”.


Canlı yayımdan sonra təyyarə qəzası baş verib. Daha sonra ekstrasens konkret fraqmentin videoyazısını paylaşıb.




Xatırladaq ki, cümə günü, avqustun 9-da sosial şəbəkələrdə Braziliyanın “Voepass” aviaşirkətinə məxsus ikimühərrikli turbovintli təyyarənin San-Paulu yaxınlığında şaquli şəkildə necə endiyini göstərən qorxunc kadrlar yayılıb. Təyyarədə olan 62 nəfərin hamısı - 58 sərnişin və 4 ekipaj üzvü faciəvi şəkildə həlak olub.


Yerli hökumət rəsmiləri təyyarənin yaşayış məntəqəsinə düşməsinə baxmayaraq, yerdə olanların xəsarət almadığını bildirib. Hazırda təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.
 

Yeri gəlmişkən, Braziliyada çox məşhurlaşan Chaline bu ilin əvvəlində Rio-de-Janeyroda tezliklə daşqın olacağını da proqnozlaşdırmışdı.

“Mən artıq bu faciə haqqında danışmışam və yenə də suyun Rio-de-Janeyronu bir sunami kimi udacağını qabaqcadan görürəm”- deyə o bildirib.


Aynil

Sfera.az

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR