Afrikada yeni meymun çiçəyi epidemiyası: Yeni ştammı bütün qitədə sürətlə yayılır

Afrikada yeni meymun çiçəyi epidemiyası: Yeni ştammı bütün qitədə sürətlə yayılır
Kateqoriya məlum deyil
T

Konqoda yeni meymun çiçəyi epidemiyası yayılıb. Bu beynəlxalq narahatlıq doğurub və ÜST fövqəladə vəziyyət elan edib.
 

Sfera.az bildirir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus ötən gün mətbuata açıqlamasında bildirib.
 

ÜST virusun digər qitələrə də yayılacağını istisna etmir. Virusun yeni ştammı cinsi yolla ötürülür və bu il artıq yarım mindən çox insanı öldürüb.
 

“Yeni meymun çiçəyi sinfinin ortaya çıxması, onun şərq Konqo əyalətində sürətlə yayılması və bir sıra qonşu ölkələrdə baş verən hadisələrin xəbərləri böyük narahatlıq doğurur”- deyə Tedros Adhanom bildirib.
 

ÜST epidemiyanın Afrikadan kənara da yayıla biləcəyini istisna etmir. Cinsi yolla keçən virusun yeni ştammı bütün qitədə sürətlə yayılır.
 

Qeyd edək ki, meymun çiçəyi ilk dəfə 1970-ci ildə Konqoda insanlarda aşkar edilmişdir. Xəstəlik Mərkəzi və Qərbi Afrika üçün endemik hesab olunur. 2022-ci ilin iyul ayında virus əvvəllər qeydə alınmadığı ölkələrdə cinsi əlaqə yolu ilə yayıldığı üçün epidemiya qeydə alınıb. Bununla belə, fövqəladə vəziyyət 2023-cü ilin may ayında dayandırılıb, çünki yoluxmaların sayı uzun müddətdir azalırdı.

2023-cü ildə isə bildirilən halların sayı əhəmiyyətli dərəcədə artıb. Bununla belə, artıq bu il ötən illə müqayisədə daha çox hadisə qeydə alınıb. Bu il 15,600-dən çox yoluxma halı və 537 ölüm qeydə alınıb. Hazırda meymunçiçəyinə qarşı istifadə olunan ÜST tərəfindən təsdiqlənmiş iki peyvənd var.
 

ÜST fövqəladə hallar fondundan təcili hallar üçün 1,45 milyon dollar ayırıb. Ümumilikdə təşkilatın maliyyə ehtiyacları 15 milyon dollar həcmində qiymətləndirilir.
 

Ümumilikdə isə ölkədə 13 meymunçiçəyinə yoluxma halları qeydə alınıb.

 



Əlamətləri:

hərarət;

tənəffüs çatışmazlığı;

əzələ ağrısı;

şişkin limfa düyünləri;

qollarda, ayaqlarda, sinədə, ağızda və ya cinsiyyət orqanlarında axıntı.
 

Əvvəllər virus əsasən çirklənmiş ətin istehlakı, həmçinin xəstə heyvanlar və insanlarla yaxın təmas zamanı yayılırdı. Ölümlərin əksəriyyəti isə qida çatışmazlığından və ya digər xəstəliklərdən (vəba, qızılca və poliomielit kimi) əziyyət çəkən uşaqlar arasında olmuşdur.


Aynil
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR