"Ukraynanın Baydenin prezidentlik müddətinin sonuna kimi vaxtı var..." - ABŞ-li zabit
Dünya
17:05 / 15.08.2024
3024
ABŞ-nin hazırkı Prezidenti Co Baydenin prezidentlik müddətinin sonuna kimi Ukraynanın Rusiya üzrərində qalib gələrək torpaqlarını işğaldan azad etmək fürsəti var.
Sfera.az xəbər verir ki, bu barədə təhlükəsizlik üzrə ekspert Mark Tot və təqaüdçü zabit Conatan Svit "The Hill" üçün məqalədə yazıb.
“Ukraynada Rusiyaya qalib gəlmək NATO və Vaşinqtonun Hind-Sakit okean regionunda müttəfiqlərinin üzləşdiyi bir çox milli təhlükəsizlik problemlərinin həllinə kömək edəcək. Moskva tutulacaq. İran yenidən təcrid olunacaq. Çin Prezidenti Si Cinpinə açıq bir siqnal göndəriləcək ki, demokratiyalar hələ də müharibələrdə qalib gəlməyə qadirdir”,- mətndə deyilib.
İnci