Qadın əylənmək üçün DNT testi keçirib: Mərhum nənəsinin sirri açıldı
Bəzi insanlar əcdadları haqqında daha çox məlumat əldə etmək üçün DNT testi keçirir, bəziləri isə sadəcə əylənmək üçün bunu edir. İnternet istifadəçilərindən biri əylənmək üçün genetik araşdırma aparmaq qərarına gəlib. Bununla o, təsadüfən mərhum nənəsinin həyatı boyu gizlətdiyi sirri açıb.
Sfera.az bildirir ki, qadın genetik test sayəsində böyük ailə sirrini açıb.
Bu hekayəni şərh edən digər istifadəçilər də genetik testdən sonra öz heyrətamiz kəşflərini paylaşıblar.
“Məlum oldu ki, ata babam əslində mənim bioloji babam olmayıb. Nənəm onu bir fransız və ya bir alman əsgəri ilə aldadıb”-deyə qadın forumlardan birində yazıb.
Bacısının DNT testi də onun 25% fransız olduğunu, yəni atalarının 50% fransız olduğunu göstərib.
“Atam heç vaxt onun əsl bioloji atasının kim olduğunu bilməyib. O qədər qəribədir ki, mənim əsl babam heç vaxt görüşməyəcəyim təsadüfi bir fransızdır. Mən onun adını belə bilmirəm”-deyə qadın əlavə edir.
Hekayəni şərh edən digər internet istifadəçiləri DNT testindən sonra öz təəccübləndirici kəşflərini paylaşıblar.
“Həyatımın ən böyük şokunu DNT testindən keçirəndə yaşadım, mən Skandinaviya və Finlandiya mənşəli olduğumu öyrəndim, amma bunun necə baş verdiyini heç kim izah edə bilməz”-deyə diskussiya iştirakçılarından biri yazıb.
Başqa bir istifadəçi əlavə edib: “DNT testi və nəsil ağacının axtarışı sayəsində qayınatam bildi ki, atası onun düşündüyü kimi ailənin tək övladı deyil, babasının bütün ölkədə 38 uşağı və bir neçə ailəsi var".
Aysel
Sfera.az