Bloqqer tovuz quşu yediyinə görə həbs edildi
Hindistanda bir bloqqer qorunan milli simvol hesab olunan tovuz quşunu bişirib yedikdən sonra həbs edilib.
Sfera.az bildirir ki, Hindistanda məşhur influencer olan Kodam Pranay Kumar özünün “YouTube” kanalında tovuz quşundan hazırlanmış milli yemək videos paylaşıb.
Araşdırma zamanı ətin növünü dəqiq müəyyən etmək üçün qabdan nümunələr götürülərək məhkəmə-tibb laboratoriyasına göndərilib.
Pranay Kumar bazar ertəsi polisin yeməkdə tovuz quşu ətinin olduğunu mobil telefonundakı digər videoların da təsdiqlədiyini bildirdikdən sonra saxlanılıb.
277 min abunəçisi olan YouTuber ittihamları rədd edərək yeməyin əslində toyuqdan hazırlandığını deyib.
Pranay Kumarın yaşadığı Telangana ştatının polis rəisi Akhil Mahajan:
“O, Vəhşi Təbiəti Mühafizə Aktı ilə 14 gün həbsdədir və məhkəmə indi onun həbsdə qalacağına, yoxsa girov qarşılığında azadlığa buraxılacağına qərar verəcək".
Pranay Kumarın kanalından silinən videonun adı "Ənənəvi tovuz quşu karri resepti" olub və yeməyin necə hazırlandığı göstərilib.
Video sosial mediada da əks reaksiyalara səbəb olub. Pranay Kumar Hindistanın milli simvoluna hörmətsizlik etməkdə və vəhşi heyvanların qeyri-qanuni istehlakını təbliğ etməkdə günahlandırılıb.
Heyvan hüquqları müdafiəçiləri iddia edirlər ki, Pranay Kumar tez-tez belə videoları öz YouTube kanalında yerləşdirir.
Hazırda polis bloqqerin tovuz quşunu necə və ya hardan almasını araşdırır.
Tovuz quşları Hindistanda xüsusi simvolik əhəmiyyətə malikdir və ciddi qanunlarla qorunur.
Quşun populyasiyası bir vaxtlar Hindistanın şimalında çox böyük olub. Lakin sürətli urbanizasiya vəhşi təbiətdə onların sayını kəskin şəkildə azaldıb.
İndi bu quşlar ciddi təbiət qanunları ilə qorunur. Bu qanunlar onları ovlayan və ya zərər verənlərə qarşı ciddi cəzalar və cərimələr tətbiq edir.
Bu ilin iyun ayında Telangananın Vikarabad rayonundan iki fermer də tovuz quşu yemə iddiası ilə həbs edilib.
2023-cü ildə Odişada üç fəhlə tovuz quşunu ovladığına və yediyinə görə həbs olunub.
Aysel
Sfera.az