İtaliya uşaqları Ukraynaya qaytarmayıb - SƏBƏB
İtaliya ölkədəki təhlükəli vəziyyətə görə 6-16 yaş arası 57 yetim uşağı Ukraynaya qaytarmaqdan imtina edib.
Sfera.az xəbər verir ki, bu barədə İtaliyanın Il Messaggero qəzeti məlumat yayıb.
Ukrayna uşaq evlərindən uşaqların geri qaytarılmasını tələb edib və bu prosesi Ukrayna konsulluğu təşkil edib. Bununla belə, uşaqların Ukraynaya qayıtmaq istəməməsinə əsaslanaraq, yerli qəyyumlar, eləcə də UNICEF ( BMT Uşaq Fondu) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələri işə qarışıb.
Eyni zamanda 57 uşaqdan 34-ü üçün beynəlxalq müdafiə proqramına start verilib.
Berqamo şəhərinin yerli Questura polis idarəsi bundan imtina etməsinə səbəb kimi Ukraynada davam edən münaqişə fonunda kimsəsiz uşaqlar üçün riskləri göstərib.
İnci
Sfera.az