Boris Consona yeni vəzifə - Köhnə iş yerinə qayıdır...

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson gündəlik "The Daily Telegraph" qəzetində vəzifə ala bilər.
Sfera.az "Sky News" istinadən xəbər verir ki, siyasətçinin nəşrin baş redaktoru vəzifəsinə namizədliyi nəzərdən keçirilir.
Mətndə deyilib: "Conson Nazim Zahavi ilə sağçı qəzet nəşriyyatında mümkün iş barədə qeyri-rəsmi danışıqlar aparıb".
"Sky News"un qeyd etdiyi kimi, Conson Mühafizəkarlar Partiyasından həmkarı Zahavi ilə "The Daily Telegraph" və "The Spectator"u almaq üçün dialoq aparır. Telekanalın mənbələri iddia edir ki, keçmiş maliyyə naziri potensial investorlarla söhbətində eks-baş nazirin nəşrlərdən birinin redaksiyasına aparılmasını özü təklif edib.
Consonun ətrafındakılar bu ideyanın “havada” olduğunu, lakin hələ rəsmi olaraq müzakirə olunmadığını vurğulayırlar. Xatırladaq ki, keçmiş baş nazirin özü siyasi karyerasına başlamazdan əvvəl "The Telegraph"da işləyib və hələ də vaxtaşırı onun üçün köşə yazır.
İnci
Sfera.az