Fələstin prezidenti Rusiyaya gəldi - Liderlər nəyi danışıb?

Fələstin Prezidenti Mahmud Abbas Moskvaya gəlib.
Sfera.az xəbər verir ki, orada onun Rusiya lideri Vladimir Putinlə görüşü nəzərdə tutulub.
Bu, Abbasın Moskvaya 21-ci səfəridir. Rusiya mediasının məlumatına görə , onu təyyarənin pilləkənlərində Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini, prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov qarşılayıb.
Fələstin liderinin səfəri üç gün davam edəcək. Onun Vladimir Putinlə görüşü avqustun 13-nə planlaşdırılır. Gözlənilir ki, danışıqlar zamanı liderlər ikitərəfli əməkdaşlıq məsələlərini və Fələstin-İsrail münaqişəsinin həlli problemini, o cümlədən Qəzzadakı vəziyyəti müzakirə edəcəklər.
Bundan əvvəl Fələstinin Rusiya Federasiyasındakı səfiri Əbdül Hafiz Nofəl işarə etmişdi ki, Rusiya onun dövlətinə yaxın ölkədir, ona görə də onunla məsləhətləşmək lazımdır.
İnci
Sfera.az