Fidan və Blinken bölgədə artan gərginliyi müzakirə etdi


Fidan və Blinken bölgədə artan gərginliyi müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli “X” sosial şəbəkəsində məlumat verib.

 

“Qarşı tərəfin təşəbbüsü ilə keçirilən telefon görüşməsində İsrail ilə HƏMAS arasındakı danışıqlar prosesi, eləcə də regionda artan gərginlik müzakirə edilib. Nazir qeyd edib ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Həniyənin qətlə yetirilməsi və fələstinlilərin öldürülməyə davam edilməsi İsrailin sülhün bərqərar olmasına səy göstərmədiyini bir daha nümayiş etdirir”, - paylaşımda deyilir.

 

Keçelinin sözlərinə görə, Fidan Blinkenlə söhbətində HƏMAS-ın bu məsələdə konstruktiv mövqe tutduğunu və tam atəşkəsə nail olmaq üçün İsrailə təzyiq etmək lazım olduğunu bildirib.

 

Türkiyə XİN başçısı onu da qeyd edib ki, regionda artan gərginlik narahatlıq doğurur və İsrail münaqişənin daha da genişlənməsinə səbəb olacaq təxribat xarakterli addımlardan çəkinməlidir.


OXŞAR XƏBƏRLƏR

İsrail aviasiyası Livanda tarixi hoteli məhv etdi

İsrail aviasiyası Livanın şərqindəki Bəəlbək şəhərinin bombardmanı zamanı qədim Roma məbəd kompleksinin yanında yerləşən tarixi "Palmira" hotelinin bi...

Qazaxıstan Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verdi

Qazaxıstanın Futbol Federasiyasının (QFF) prezidenti Adlet Barmenkulov vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, funksioner bu gün federa...

Prezident Dövlət Bayrağı Meydanında oldu, Azərbaycanın üçrəngli Bayrağını ucaltdı - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olub...

Toralın qolu ən yaxşı seçildi - VİDEO

UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.   Sfera.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ&rdq...

Mehriban Əliyevadan Dövlət Bayrağı Meydanından PAYLAŞIM - FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olublar. ...

Azərbaycan XİN-dən Fransaya ÇAĞIRIŞ

Azərbaycan Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində təsbit edilmiş öhdəliklərə əsaslanan BMT-nin İnsan Hüquqları Komitəsinin tövs...