Trampın qərargahı hücuma məruz qaldı
Dünya
19:30 / 12.08.2024
5824
ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasının qarşıdan gələn prezident seçkilərində namizədi Donald Trampın qərargahı xarici hakerlərin kiberhücumuna məruz qalıb.
Sfera.az xəbər verir ki, bu barədə “Politico” jurnalı məlumat yayıb. Nəşrin məlumatına görə, həmin hakerlər ABŞ-yə düşmən münasibət bəsləyiblər.
Hakerlər qərargahın daxili yazışmalarına giriş əldə edə biliblər. Hücumun İrandan törədildiyi ehtimal edilir. Haker hücumu nəticəsində əldə edilən sənədlər daha sonra jurnalistlərə göndərilib. Qəzetin mənbələri bu sənədlərin həqiqiliyini təsdiqləyiblər.
İnci
Sfera.az