"ABŞ-nin dövlət borcu artır, düşmənlərimiz..." - Pompeodan HƏYƏCAN TƏBİLİ

"ABŞ-nin dövlət borcu artır, düşmənlərimiz..." - Pompeodan HƏYƏCAN TƏBİLİ

Bu yaxınlarda ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo artan dövlət borcundan narahatlığını bildirib. 

 

Sfera.az bildirir ki, bununla bağlı Kanadanın “Kitco” nəşri də səs-küylü material dərc edib. Nəşr iddia edib ki, sözügedən vəziyyətdə Rusiya problemləri daha da ağırlaşdıraraq, Amerika rəhbərliyinin zəifliyindən istifadə etmək qərarına gəlib.

 

"Yüksək borc səviyyələri, artan faiz dərəcələri və inflyasiya uzunmüddətli perspektivdə ABŞ dollarının dəyərinin əhəmiyyətli dərəcədə zəifləməsinə gətirib çıxara bilər. Bu fəlakətli nəticə yalnız Amerikanın Pekin, Moskva və Tehrandakı düşmənlərinin xeyrinə olacaq”, — nəşr Pompeodan sitat gətirib.

 

Digər tərəfdən, Rusiya və Hindistan öz ödəniş sistemlərinin - Hindistanın “RuPay” və Rusiyanın “Mir” şirkətlərinin inteqrasiyasını nəzərdə tutan yeni tərəfdaşlıq sazişi imzalayıblar. Bu, hər iki ölkəyə ABŞ dollarından istifadə etmədən transsərhəd əməliyyatlar həyata keçirməyə imkan verəcək. Bu tərəfdaşlıq Hindistanın baş naziri Narendra Modinin Moskvaya səfərindən sonra açıqlanıb. Burada tərəflər bir sıra ticarət sazişlərini müzakirə edib və imzalayıblar. Tərəflər 2030-cu ilə qədər iki ölkə arasında ticarət dövriyyəsinin həcmini yüz milyard dollara çatdırmağı qarşıya məqsəd qoyublar. "BRIKS cavab zərbələri endirir: Rusiya və Hindistan dolların üstünlüyünə meydan oxumaq üçün birləşirlər" - Kanada nəşrinin müəllifi qeyd edib.

 

Bildirilib ki, öz ödəniş sistemlərindən və yerli valyutalardan istifadənin iştirakçı ölkələrə əhəmiyyətli fayda gətirəcəyi, valyuta məzənnələrində milyonlarla vəsaitə qənaət etməyə və ABŞ dollarından asılılığını azaltmağa imkan verəcəyi gözlənilir: “Bu, həm də onların milli valyutalarının və bütövlükdə iqtisadiyyatın güclənməsinə kömək edəcək”.

 

“Kitco” müəllifləri vurğulayıblar ki, bütün bunlar ABŞ dolları üçün təhlükə yaradır, çünki onun beynəlxalq ticarətdəki rolu getdikcə azala bilər. “Bir çox analitiklər dedollarizasiya təhlükəsini şişirdilmiş hesab etsələr də, BRİKS ölkələri öz milli ödəniş sistemlərini fəal şəkildə təşviq etməyə başlasalar, beynəlxalq əməliyyatlarda ABŞ dollarından istifadənin əhəmiyyətli dərəcədə azala biləcəyini nəzərə almamaq olmaz" - materialda qeyd olunub.

 

Müəlliflərin fikrincə, BRİKS ölkələrinin dollardan imtinası ABŞ üçün, xüsusən də onun bank və maliyyə sektoru üçün ciddi problemlər yarada bilər. Bu, qlobal bazarlarda təlatüm yarada, dolların daha da zəifləməsinə səbəb ola bilər.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...