"Çoxqütblü dünya nizamı qurmağa hazırıq" - Putin

"Çoxqütblü dünya nizamı qurmağa hazırıq" - Putin

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin öz tərəfdaşları ilə bərabər və bölünməz təhlükəsizlik sistemi yaratmağa və çoxqütblü dünya nizamı qurmağa hazır olduğunu bəyan edib.

 

Sfera.az bildirir ki, o, bu barədə Rusiyanın Kubinka şəhərində keçirilən “Armiya-2024” Beynəlxalq Hərbi Texniki Forumunda danışıb. Putin forumun açılış mərasiminə videomüraciət ünvanlayıb.

 

“Forum müxtəlif ölkələrin ekspertlərinin və media qurumlarının diqqətini cəlb edir. Biz bu maraq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndiririk. Bu əlaqələri inkişaf etdirməyə, bərabər və bölünməz təhlükəsizlik sistemi yaratmağa və yeni ədalətli çoxqütblü dünya nizamının qurulması istiqamətində birgə işləməyə hazırıq”,  Rusiya lideri bildirib.

 

O, burada Rusiyanın qabaqcıl hərbi-texniki vasitələrinin nümayiş olunduğunu qeyd edib: “Dünyada bənzəri olmayan bir çox rus silahları döyüş meydanında öz effektivliyini göstərib. Onların əsas xüsusiyyətləri daim təkmilləşdirilir. Mühəndislər, alimlər və işçi qruplar Ukrayna savaşı zamanı əldə edilmiş təcrübəni nəzərə alaraq bu məsələ ilə bağlı işlərini davam etdirirlər”.

 

Qeyd edək ki, forumda Rusiyanın hərbi sənayesi sahəsində fəaliyyət göstərən yüzlərlə şirkət, Belarus, İran, Hindistan və Çindən 120-yə yaxın xarici şirkət iştirak edir.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...