Çin bu ölkə üçün nəhəng platforma inşa edib
Çin Səudiyyə Ərəbistanı üçün nəhəng xam neft, təbii qaz toplama və nəqletmə platforması inşa edib.
Sfera.az xəbər verir ki, çəkisi 17 min ton olan Mərcan adlı nəhəng platformanın tikintisi 34 ay çəkib.
Platformanın avqustun sonunadək Səudiyyə Ərəbistanının ərazi sularında, 6400 dəniz mili uzaqlıqda quraşdırılması planlaşdırılır. Hündürlüyü 24 mərtəbəli binadan yüksək olan nəhəng platformanın göyərtə sahəsi 15 basketbol meydançasına bərabərdir. Platforma dənizdən ildə 24 milyon ton xam neft və 7 milyard 400 milyon kubmetr təbii qaz toplayıb daşıya bilər.
Səudiyyə Ərəbistanının ərazi sularında quraşdırılacaq Mərcan platforması Mərcan neft yatağının işlənməsinə və hasilatın artırılmasına kömək edəcək. Mərcan neft yatağı tam istismara verildikdən sonra illik xam neft hasilatının 24 milyon tona çatacağı gözlənilir.
Vasif