Qubernator: "Kursk vilayətinin 28 yaşayış məntəqəsi Ukrayna ordusunun nəzarətindədir"
Dünya
16:53 / 12.08.2024
3202
Kursk vilayətində 2 min nəfərin yaşadığı 28 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ukrayna ordusunun Kursk vilayətinə hücumu nəticəsində 12 nəfər ölüb, 121 nəfər yaralanıb.
Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə qalan insanların əksəriyyətinin taleyi naməlumdur.