İsrail HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsinə münasibət BİLDİRDİ

İsrail HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsinə münasibət BİLDİRDİ

HƏMAS hərəkatının avqustun 15-də Qəzza ilə bağlı danışıqların növbəti raundunda iştirakdan imtina etməsi Fələstin anklavında atəşkəs və girovların azadlığa buraxılmasına dair razılaşmanın əldə edilməsinə məhz kimin mane olduğunu dünyaya göstərir.

 

Sfera.az xəbər verir ki, bunu TASS-a İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman deyib.

 

“HƏMAS-ın danışıqlarda iştirakdan imtina etməsi ilə bağlı bəyanatları girovların tezliklə qaytarılmasına və Qəzza zolağında atəşkəs cəhdlərinə kimin mane olduğunu bütün dünyaya nümayiş etdirir”, - o bildirib.

 

Gendelman qeyd edib ki, İsrail danışıqların növbəti raundunda iştirakını artıq təsdiqləyib, lakin məsləhətləşmələrin aparılacağı məkan hələ müəyyən edilməyib.

 

Xatırladaq ki, avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayaraq İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəslə bağlı danışıqları bərpa etməyə çağırıblar.


OXŞAR XƏBƏRLƏR

Prezident Dövlət Bayrağı Meydanında oldu, Azərbaycanın üçrəngli Bayrağını ucaltdı - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında olub...

Toralın qolu ən yaxşı seçildi - VİDEO

UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.   Sfera.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ&rdq...

Mehriban Əliyevadan Dövlət Bayrağı Meydanından PAYLAŞIM - FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Bakıda Dövlət Bayrağı Meydanında olublar. ...

Azərbaycan XİN-dən Fransaya ÇAĞIRIŞ

Azərbaycan Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində təsbit edilmiş öhdəliklərə əsaslanan BMT-nin İnsan Hüquqları Komitəsinin tövs...

Prezidentin Zəfər parkından ailəvi FOTOLARI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər parkının açı...

"Heç vaxt nəzərə alınmayan yenilikləri COP29-da tətbiq etdik" - VİDEO

“COP29 tədbiri indiyədək keçirilən COP tərdbirlərindən daha fərqlidir”.   Sfera.az bildirir ki, bunu COP29 Əməliyyat Şirkətinin SƏTƏM de...