ABŞ və Böyük Britaniya hərbi hava qüvvələri Yəməndəki hədəflərə HÜCUM ETDİ
15:27 / 12.08.2024
1974
ABŞ və Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin Hodeyda əyalətindəki Kemran adasında yerləşən hədəflərə hücum həyata keçirib.
Sfera.az xəbər verir ki, bu barədə Yəmənin “Masirah” telekanalı məlumat yayıb.
“Düşmən Amerika və Britaniya təyyarələri Kemran adasına hücum edib, aviazərbələr endiriblər”, - telekanal xəbər verir.
Yəmən televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı isə sərhəddəki Səada əyalətinin Gur rayonundakı obyekti vurub.
Xatırladaq ki, ABŞ və Böyük Britaniya təyyarələri ötən həftənin cümə günü Hudeyda şəhərinin Ras İsa bölgəsində bir neçə hədəfə hücum etmişdi.