Türkiyədə "Telegram"a giriş bloklana bilər - SƏBƏB
Dünya
23:07 / 11.08.2024
7321
Türkiyə narkotik satışı və qumar oyunlarının təşviqi üçün müəyyən edilmiş kanallara görə "Telegram"a girişi bloklaya bilər.
Sfera.az xəbər verir ki, bu barədə "Sabah" məlumat yayıb.
"Türkiyədə geniş istifadə olunan mesajlaşma proqramı olan "Telegram" cinayət bataqlığına çevrilib", - məqalədə qeyd olunub.
Nəşr yazır ki, bu mesencer vasitəsilə Türkiyədə narkotik vasitələrin satışı, fahişəlik və qumar oyunlarının təbliği, həmçinin pedofiliya ilə bağlı videolar yayılır.
Xatırladaq ki, daha əvvəl Türkiyədə müvəqqəti olaraq "Instagram" bloklanmışdı.