Şimali Koreya Cənubi Koreyaya yenidən zibil şarları göndərib

Şimali Koreya Cənubi Koreyaya yenidən zibil şarları göndərib
Kateqoriya məlum deyil
T

Şimali Koreya yenidən Cənubi Koreyaya zibillə dolu şarlar göndərib.

 

Sfera.az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

 

Hava şarları Seul yaxınlığındakı Qyeonqi əyalətinə istiqamət alıb.

 

Əhaliyə xəbərdarlıq edilib ki, şarlar tapılarsa onlara toxunmasınlar. Tapılan əşyalar barədə hərbçilərə və ya polisə məlumat versinlər.

 

Xatırladaq ki, mayın 28-də və 29-da, eləcə də iyunun 24-də Şimali Koreya Cənubi Koreya ərazisinə zibil və nəcislə dolu yüzlərlə hava şarı göndərib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR