Bıçaqla silahlanmış 8 aylıq hamilə qadın bankları qarət edib


Bıçaqla silahlanmış 8 aylıq hamilə qadın bankları qarət edib

Polşada 37 yaşlı hamilə qadın ictimaiyyəti şoka salan qalmaqala imza atıb. O, səkkiz aylıq hamilə ikən Kurov və Pilavidəki banklara iki silahlı hücum edib.
 

Sfera.az xəbər verir ki, qadın qənimətini evin təmirinə, xüsusən də tikinti materiallarının alınmasına xərcləyib. Onun həyat yoldaşı cinayətlərindən xəbərsiz olub. Çünki qadın ailəsinə lotereyada qalib gəldiyini bildirib.
 

Birinci hücum 2023-cü il oktyabrın 25-də Kurovda, ikincisi isə noyabrın 10-da Pilavidə baş verib. Hər iki halda silahlı, maskalı qadın maliyyə qurumuna basqın edərək kassaçılardan bıçaqla pul tələb edib. İkinci hücum zamanı hətta o, bıçağı bank işçisinin boğazına dayayıb.
 

İkinci oğurluğun ertəsi günü o, saxlanılıb. Evinin zirzəmisində aparılan axtarış zamanı çamadanda gizlədilmiş 21 min zlot (pul vahidi), cinayətlərdən sonra yandırılmış paltar qalıqları aşkar edilib.


Qadın ilk hücumda oğurladığı pulu evinə tikinti materialları almaq üçün istifadə edib. Dindirmə zamanı o, günahını etiraf edib və müstəqil hərəkət etdiyini, ərinin isə onun “fəaliyyətindən” xəbəri olmadığını bildirib.
 

Məhkəmənin qərarı ilə Anna A. bıçaqlı silahdan (bıçaqdan) istifadə etməklə iki hücumda təqsirli bilinərək, 4 il azadlıqdan məhrum edilib. Bundan əlavə, qadın 34,5 min zlotı qaytarmağa və xəsarət alan bank işçilərindən birinə daha 2 min zlot ödəməyə məcbur edilib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...