Polşa ABŞ-dən 850 milyon dollara raket ALACAQ

Polşa ABŞ-dən 850 milyon dollara raket ALACAQ

Polşa raket alışı ilə bağlı ABŞ ilə müqavilə bağlayıb. Sazişin dəyəri 850 milyon dollardır.

 

Sfera.az xəbər verir ki, bu barədə “DW” nəşri məlumat yayıb.

 

Polşanın Silahlanma Agentliyi bildirib ki, Varşava ABŞ hökuməti ilə bir neçə yüz “AIM-120C AMRAAM” raketinin tədarükü üzrə müqavilə imzalayıb. Bunlar “hava-hava” tipli raketlərdir. Polşanın sifariş etdiyi raketlərin dəqiq sayı açıqlanmır.

 

Tədarük 2029-cu ildən 2033-cü ilə qədər həyata keçiriləcək. Raketlər Polşa ordusunun arsenalında olan təyyarələrə quraşdırılacaq.

 

Polşa KİV-in məlumatına görə, gələn həftə Varşava və Vaşinqton 96 ədəd “Apache” döyüş helikopterinin alınmasına dair müqavilə imzalayacaqlar. Müqavilənin dəyəri 9 milyard dollardan çox ola bilər.

 

“Apache”lərin Polşanın sovet dövründən qalma köhnə helikopterləri əvəz edəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Abşeronda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - VİDEO

Zəfər Günü Abşeron rayonunda böyük coşqu ilə qeyd edilib.    Sfera.az xəbər verir ki, 44 günlük Vətən Müharibəsində düşmən üzərində şanlı qələbə...

İspaniyada daşqınlardan ölənlərin sayı 223 nəfərə çatdı

İspaniyada son 30 ilin ən ölümcül daşqınlarında ölənlərin sayı 223 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Os...

COP29-un media tərəfdaşları AÇIQLANDI

“FT Live”, “Project Syndicate”, “Newsweek”, “CBC” və “ANEWZ” COP29-un rəsmi media tərəfdaşları elan ...

Peskov həmin kəşfiyyat təyyarələrindən DANIŞDI: “Söz vermişdilər, amma indi…”

Kreml Finlandiya kəşfiyyat təyyarələrinin Rusiya Federasiyasının sərhədləri yaxınlığındakı bazası ilə bağlı məlumatlara reaksiya verib.   Sfera.az bi...

Rusiya və Ukrayna Ombudsmanlarının görüşü keçirildi

Rusiyada insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets Belarusda görüşüblər. &nbs...

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin an...