Türkiyə Almaniyada dönərin hazırlanmasına dair tələblər İRƏLİ SÜRDÜ

Türkiyə Almaniyada dönərin hazırlanmasına dair tələblər İRƏLİ SÜRDÜ

Türkiyə ilə Almaniya arasında dönərin standartlarına dair mübahisə davam edir.

 

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əgər Türkiyənin şikayəti Avropa İttifaqı ölkələrində qidanın standartlarını tənzimləyən qurumlar tərəfindən qəbul olunarsa, Almaniyada dönərin hazırlanması zamanı buzov və hinduşka ətinin istifadəsi qadağan ediləcək.

 

Türkiyənin müraciəti, dönərin ən azı on altı aylıq mal ətindən və ya ən azı altı aylıq qoyunun bud və ya kürək ətindən hazırlanmasını tələb edir.

 

Bundan başqa, tələbə görə, yalnız toyuq döşündən və ya toyuq budlarından hazırlanan toyuq dönəri dönər sayıla bilər. Türkiyənin tələb etdiyi standarta ətin necə basdırılması, nə qədər qalın dilimlənməsinə dair detallar da daxildir.

 

Məlumatda qeyd olunur ki, Türkiyənin tələbinin məqsədi dönər adının Almaniyada qeydiyyata alınması və onun istifadəsinin qeydiyyatdan keçmiş üsul və spesifikasiyalara uyğun istehlakçılara təqdim edilməsi ilə əlaqədardır.


OXŞAR XƏBƏRLƏR

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...

Türkiyədə saxta içkidən 11 nəfər öldü

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliy...

Yeni doğulan körpəsindən narahat olduğu üçün qonşusunun qapısının altına zəhər yeridib

Qonşular arasında mübahisələr çox vaxt səs-küy, təmizlik və ya ev heyvanı ilə bağlı məsələlərə görə yaranır. Amma Tampadakı yaşayış binasında baş verənlər bu sə...