KİV: "Aİ Macarıstanı rusiyalılara viza verməkdən imtinaya məcbur etməyəcək"

KİV: "Aİ Macarıstanı rusiyalılara viza verməkdən imtinaya məcbur etməyəcək"

Avropa İttifaqı (Aİ) çətin ki Macarıstana Rusiya və Belarus vətəndaşlarına “Milli kartlar” (faktiki olaraq ikiillik vizalar) verilməsini dayandırması üçün təzyiq göstərə bilsin.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu fikri “The Spectator” jurnalı irəli sürüb.

 

“Macarıstan ilin sonunadək rotasiya əsasında Avropa İttifaqına sədrlik edir və bu müddətdə rəsmi Brüssel tərəfindən Budapeştə qarşı istənilən cəza tədbiri tətbiq edilməsi çox çətin məsələdir. Bu, Aİ bürokratiyasının özü-özü ilə necə rəftar etməsinə yaxşı nümunədir. Çünki viza siyasəti məsələlərində nə Avropa Parlamentinin, nə də Avropa Komissiyasının (AK) Macarıstana təsir etmək imkanı yoxdur”, - nəşrin şərhçiləri qeyd edib.

 

Jurnalın yazdığına görə, Baş nazir Viktor Orban öz gündəliyini təbliğ etmək üçün ən yaxşı vaxtı seçib.

 

Xatırladaq ki, bir müddət əvvəl bir sıra Avropa ölkələrinin KİV-i, o cümlədən, “Financial Times” qəzeti Macarıstanın Rusiya və Belarus vətəndaşlarına da şamil edilməklə, uzunmüddətli vizaların alınması üçün tələblərini yumşaltmaq qərarına gəldiyini yazmışdı. İyulun 30-da AK artıq Macarıstandan bu addımla bağlı izahat tələb edib.

 

Avqustun 1-də Latviya prezidenti Edqars Rinkeviç Macarıstanın Şengendə iştirakını məhdudlaşdırmaq tələbini gündəmə gətirib. AK Macarıstanın avqustun 19-dək adıçəkilən ölkələrin vətəndaşlarına uzunmüddətli vizaların verilməsi şərtləri ilə bağlı rəsmi sorğuya cavab verəcəyini gözləyir.


OXŞAR XƏBƏRLƏR

Peskov həmin kəşfiyyat təyyarələrindən DANIŞDI: “Söz vermişdilər, amma indi…”

Kreml Finlandiya kəşfiyyat təyyarələrinin Rusiya Federasiyasının sərhədləri yaxınlığındakı bazası ilə bağlı məlumatlara reaksiya verib.   Sfera.az bi...

Rusiya və Ukrayna Ombudsmanlarının görüşü keçirildi

Rusiyada insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets Belarusda görüşüblər. &nbs...

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin an...

Ukraynadan Avropa İttifaqına 4,2 milyon qaçqın gedib

Hazırda Avropa İttifaqı ölkələrində 4,2 milyon ukraynalı qaçqın var və onlar Avropa Komissiyasının 2022-ci ilin martında qəbul etdiyi qərarla onlara verilən müv...

Türkiyədə zəlzələ oldu

Türkiyənin Elazığ şəhərində 5 maqnitudada zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi...

UEFA baş verən hadisələrlə bağlı araşdırmalara BAŞLADI

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçirilən "Ayaks" (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail) matçından sonra baş verə...