Temerlan Əsgərxanov həbsdən azad edildi və Ukraynadakı müharibəyə yollandı

Temerlan Əsgərxanov həbsdən azad edildi və Ukraynadakı müharibəyə yollandı
Kateqoriya məlum deyil
T

Boris Nemtsovun qətli işi üzrə təqsirli bilinən Temerlan Əsgərxanov həbsdən azad edilib və Ukraynadakı müharibədə iştirak edir. 

 

Sfera.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. 

 

Temerlan Əsgərxanov 2024-cü ilin martında Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb, əfv olunub, bundan sonra koloniyadan azad edilib. Hücum bölmələrindən birinə gedib. 

 

Qeyd  edək ki, müxalif lider Boris Nemtsov 2015-ci il, fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilmişdi. (musavat.com)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR