Türkiyə daha bir beynəlxalq hava limanını İSTİFADƏYƏ VERƏCƏK

Türkiyə daha bir beynəlxalq hava limanını İSTİFADƏYƏ VERƏCƏK

Avqustun 10-da Türkiyənin Mersin ilinin Tarsus ilçəsində (rayon) Çukurova Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi açılışdan sonra ölkədə olan mülki təyinatlı beynəlxalq aeroportların sayı 58-ə çatacaq. 


Yeni hava limanı Mersin, Adana, Osmaniye və Niğdedə yaşayan 5 milyondan çox insana xidmət göstərəcək. Çukurova Beynəlxalq Hava Limanı ildə 8 milyon sərnişinə xidmət göstərə biləcək. 


Qeyd edək ki, Türkiyə hökumətinin planına əsasən, ölkədə beynəlxalq hava limanlarının sayı 61-ə çatdırılacaq. Yaxın illərdə daha 3 hava limanı istifadəyə veriləcək. 
Müqayisə üçün bildirək ki, Azərbaycanda 8 beynəlxalq hava limanı var.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR