"Rusiya ordusu Konstantinivkada supermarketə hücum edib" - Zelenski

"Rusiya ordusu Konstantinivkada supermarketə hücum edib" - Zelenski

"Rusiya ordusu Konstantinivkada supermarketə hücum edib".

 

Sfera.az bildirir ki, bunu Ukrayna lideri Volodimir Zelenski sosial media hesabından açıqlayıb.

 

O, hücum nəticəsində 4 nəfərin öldüyünü, 24 nəfərin yaralandığını qeyd edib:

 

"Dağıntılar altında qalan insanlar var. Xilasetmə işləri davam edir və bunun üçün hər şey ediləcək. Rusiya isə bu terrora görə məsuliyyət daşıyacaq”.

 

Zelenski vurğulayıb ki, dünya Ukraynanın yanında olmağa davam etməlidir.

 

Qeyd edək ki, Ukraynanın Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin də Rusiya ordusunun Konstantinivkaya artilleriya sistemləri ilə hücuma keçdiyini açıqlayıb.

 

Günay 


OXŞAR XƏBƏRLƏR