Çox bahalı qəza: Stiv Cobsun həyat yoldaşının yaxtası meksikalı milyarderin gəmisini vurdu

Çox bahalı qəza: Stiv Cobsun həyat yoldaşının yaxtası meksikalı milyarderin gəmisini vurdu

Neapol sahillərində 265 milyon dollar dəyərində gəmi qəzası baş verib. Stiv Cobsun həyat yoldaşının yaxtası meksikalı milyarderə məxsus daha bir nəhəng gəmiyə çırpılıb.


Sfera.az bildirir ki, Loren Pauell Cobsun 140 milyon dollarlıq meqayaxtası Rikardo Salinasın gəmisinə çırpılaraq, az qala batıb.


Baha başa gələn qəzada mərhum “Apple” qurucusu tərəfindən sifariş edilmiş və hazırda Loren Pauell Cobsa məxsus olan 78 metrlik Venera yaxtası və meksikalı milyarder Rikardo Salinasa məxsus 105 metrlik Lady Moura yaxtası toqquşub.

Əsən güclü külək iki yaxtanın toqquşmasına səbəb olub.
 

Sosial şəbəkələrdə iki yaxtanın toqquşması anı olan video yayımlanıb. Ekipaj üzvlərinin qışqırıqları eşidilir.


Hər iki komanda ciddi səhvə görə bir-birini günahlandırıb. Salinas sosial mediada etiraf edib ki, təmir çox baha başa gələcək.
 

Hadisə zamanı hər iki gəmi lövbərdə olub, lakin bu, onların toqquşmasına mane olmayıb. Bunu səs yazısında eşidilən güclü küləyin səsi də sübut edir.
 

140 milyon dollarlıq gəmi limana gətirilən zaman Pauell Cobs gəmidə olmayıb.
 

 

Venera komandasının dediyinə görə, dəyəri 125 milyon dollar olan “Ledi Maura”nın kapitanı və ekipajı, nəzərdə tutulan uzunluqdan iki qat lövbər zənciri ilə lövbər saldıqlarından xəbərsiz olublar.
 

Salinas bu qarşıdurmaya yumorla reaksiya verərək, insanları yaxtasının təmiri üçün “Apple” məhsulları almağa çağırıb.


Roma gözəllik ilahəsinin adını daşıyan Cobsun zərif yaxtası alüminiumdan hazırlanıb. Yaxta hündür tavanlar və altı eyni ölçülü kabinədən ibarət minimalist dizayna malikdir.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Əhaliyə may ayı ilə bağlıCİDDİ XƏBƏRDARLIQ- Həmin günlər təhlükəli tarixlərdir

May ayı təkcə uzun zamandır gözlənilən istilərlə deyil, həm də ciddi maqnit qasırğaları ilə yadda qalacaq.   Alimlər geomaqnit fırtınalarının insan s...

Netanyahunun korteji qəzaya düşdü - FOTO

İsrail Baş naziri Benyamin Netanyahunun korteji qəzaya düşüb.   Sfera.az xəbər  verir ki, hadisə Netanyahunun Qüdsdəki ofisinin qarşısında baş v...

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...