Yaponiya 7,1 balla silkələndi, dalğanın hündürlüyü 50 santimetrə çatdı
Dünya
13:50 / 08.08.2024
7661
Yaponiyanın Kyuşu adasındakı Miyazaki prefekturasının yaxınlığında 6,9 bal gücündə zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, sahil hündürlüyü bir metrə çatan sunami ilə örtülüb.
Ölkənin Baş Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 16:43-də Kyuşu adasının cənub-şərq sahillərində, Hyuqa-Nada dənizində, 30 kilometr dərinlikdə qeydə alınıb. Miyazaki və Kaqosima prefekturalarında 5 bal gücündə yeraltı təkanlar hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Yaponiya Baş nazirinin ofisində Böhran Mərkəzində Fövqəladə Qərargah yaradılıb.
Daha sonra baş verən zəlzələnin maqnitudası 7,1 olub. Yaponiya mətbuatının məlumatına görə, sahildə dalğanın hündürlüyü 50 santimetrə çatıb.
İnci