Qazaxıstan Prezidenti: "Orta Dəhlizlə daşımaların həcmi ortamüddətli perspektivdə 5 dəfə artırıla bilər"

Qazaxıstan Prezidenti: "Orta Dəhlizlə daşımaların həcmi ortamüddətli perspektivdə 5 dəfə artırıla bilər"

Mərkəzi Asiya regionu ən mühüm qlobal nəqliyyat və logistika mərkəzinə çevrilə bilər.

 

Sfera.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Kazakhstanskaya Pravda" qəzetində dərc olunan "Mərkəzi Asiyanın intibahı: davamlı inkişaf və çiçəklənmə yolunda" adlı məqaləsində deyib.

 

“Region planetin ən mühüm nəqliyyat, logistika və tranzit mərkəzlərindən birinə çevrilmək üçün hər cür imkana malikdir. Mərkəzi Asiya sürətlə qlobal nəqliyyat kommunikasiyalarının əsas həlqəsinə çevrilir. Bu, ilk növbədə, bütün region ölkələrinin bu və ya digər dərəcədə iştirak etdiyi Çinin perspektivli “Bir kəmər, bir yol” layihəsi və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizidir”, - məqalədə bildirilib.

 

Qazaxıstan Prezidenti qeyd edib ki, hazırda region dövlətləri yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün digər perspektivli ideyalar irəli sürür. “Qazaxıstan öz tərəfdaşları ilə birlikdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (Orta Dəhliz) fəal şəkildə inkişaf etdirir, bu marşrutla daşımaların həcmi ortamüddətli perspektivdə 5 dəfə artırıla bilər. Qazaxıstanın dəniz infrastrukturunun – Çin və Mərkəzi Asiya ölkələrindən Cənubi Qafqaza, Türkiyəyə və oradan da Avropaya artan yük həcminin keçdiyi Aktau və Kurık limanlarının inkişafı ilə əlaqədar yeni imkanlar açılır”, – o bildirib.

 

K. Tokayev qeyd edib ki, Əfqanıstan ərazisindən nəqliyyat dəhlizləri Cənubi Asiya ölkələrinin perspektivli bazarlarına və Hind okeanı limanlarına çıxışı təmin edə biləcək: "Bu, bütün regionun maraqlarına cavab verir".


OXŞAR XƏBƏRLƏR

"Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi olsun" - Ceyhun Bayramov

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidana 8 Noyabr - Zəfər Günü münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib. &n...

BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Azərbaycana səfər edəcək

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit naziri Amna bint Abdullah Al Dahak Azərbaycana səfər edəcək.   Sfera.az xəbər ve...

Şəmkirdə yol qəzası oldu - Ər və arvadı xəsarət aldı

Şəmkir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.   Sfera.az-ın məlumatına görə, hadisə rayonun Qaracəmirli kənd...

Milli Parkdakı konsert və möhtəşəm atəşfəşanlıqdan FOTOREPORTAJ

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Zəfər Günü ilə əlaqədar Bakının Dənizkənarı Milli Parkında bayram konserti təşkil olunub. Konsret proqramı atəşf...

BMT Baş katibi həftəsonu Bakıya gəlir

BMT Baş katibi Antonio Quterreş həftəsonu Bakıya səfər edəcək.   Sfera.az xəbər verir ki, bunu "Report"un ABŞ bürosuna açıqlaması...

Netanyahu ABŞ-yə yeni səfir TƏYİN ETDİ

İsrailin Baş naziri Benyamin Netanyahu respublikaçı Donald Trampın ABŞ-da keçirilən prezident seçkilərindən sonra keçmiş təhsil nazirinin müavini Yehiel Layteri...