Dünyanın ən incə belinə sahib olmaq üçün sutkada 23 saat korset taxır
86 yaşlı amerikalı Katie June 24 ildən artıqdır ki, Ginnesin rekordlar kitabında dünyanın ən incə beli tituluna sahibdir.
Sfera.az bildirir ki, Katie June xüsusi bir pəhriz və ya idman rejiminə malik olmadığını deyir. Lakin o, şişinliyə səbəb olan qidalardan qaçmağa çalışır. Qadın belinin ona zərər vermədiyini deyir.
Qadın korsetlərdən yaxın tezlikdə imtina etməyi düşünmür. Gündə 23 saat karset geyinir və yalnız duş qəbul edən zaman çıxarır. Keti 62 yaşından bəri ən kiçik beli ilə Ginnesin Rekordlar Kitabına düşüb.
İlk korsetini taxanda onun cəmi 18 yaşı olub. 30 yaşında o, karseti daimi geyinməyə qərar verib. Ketinin korsetlərə olan sevgisi onun Viktoriya üslubunda geyimlərə olan həvəsi ilə birlikdə artıb. Onun formal geyimlərinin çoxu fərdi şəkildə tikilir, lakin gündəlik həyatda adi paltarlar geyinir.
"Viktoriya paltarı geyinmək və ona uyğun görünmək istəyirsənsə, düzgün alt paltarı da seçməlisən. Yenisini almaq vaxtı gələndə daha kiçik ölçü alırdım. Heç vaxt daha kiçik olmaq fikrində deyildim. Bu, təbii olaraq baş verdi” - deyə o bildirir.
Onun beli əvvəlcə 66 sm olub. İllər keçdikcə tədricən eni azalıb. Ketinin beli indi 53 sm-dir. O, rahatlıq üçün korsetlə yatdığını deyir.
Keti onu da əlavə edir ki, belin belə kiçik olması tibbi baxımdan ona zərər vermir. Bununla belə, rekordçu bütün günü korset taxmağın orqanları bir az fərqli sahəyə köçürdüyünü bildirib.
Onun əri Bob ortopedik cərrahdır və bel xətti kiçildiyi üçün illər ərzində onun səhhətinə nəzarət edib.
Keti deyir: “O, mənim bədənimə etdiyim hər hansı bir şeyin sağlamlığa zərərli olub olmadığını mənə deyərdi”.
Keti uzun illər boyu belini incəltdikdən sonra nəhayət dayanmaq qərarına gəlib. Lakin o, dünya rekordunu hələ də qoruyub saxlayır.
Aysel
Sfera.az